Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 417; 1998-ci il, № 7, maddə 444; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddə 151, №
11, maddə 697, № 12, maddə 736; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 1, maddə 10) aşağıdakı əlavələr edilsin:
1. 7-ci maddəyə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

«Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.»;

2. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

«Maddə 10-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri
10-1.1. Dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu qanuna müvafiq olaraq baxılır.
10-1.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən müraciət üzrə xidməti araşdırma təyin edilir. Xidməti araşdırma müvafiq dövlət hakimiyyəti orqanına daxili nəzarət xidməti tərəfindən həyata keçirilir. Xidməti
araşdırma 20 gün müddətində başa çatdırılmalı və nəticəsi dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən bu müddət daha 10 gün uzadıla bilər.
10-1.3. Dövlət hakimiyyəti orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

10-1.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi barədə;
10-1.3.2. müraciətin əsaslı olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə;
10-1.3.3. müraciətin əsaslı olması təsdiq edilmədikdə, şikayət üzrə icraata xitam verilməsi barədə.

10-1.4. Qəbul edilmiş qərar haqqında müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə, ona həmin qərardan şikayət vermək hüququ izah edilir.
10-1.5. Dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət verilə bilər. Bu müddəa şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
10-1.6. Dövlət hakimiyyəti orqanları hesab edilməyən dövlət idarə, müəssisə və təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 20 gün müddətində bu qanunla müəyyən edilmiş ümumi qaydada baxılır.».

II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, (II kitab),
maddə 251, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6,
maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddə 425, № 12, (I kitab), maddə 676; 2004-cü il, № 1, maddə 10, №
4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7,
maddə 575, № 10, maddə 904, № 11, maddə 994; Azərbaycan Respublikasının 2005-ci il 30 dekabr tarixli, 46-IIIQD, 47-IIIQD və 50-IIIQD
nömrəli qanunları) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 51.1-ci maddədə «vasitələrin,» sözündən sonra «cinayətin predmetlərinin,» sözləri əlavə edilsin:
2. Aşağıdakı məzmunda 51.3-cü maddə əlavə edilsin:

«51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə edilir.»;

3. 190-cı maddənin «Qeyd» hissəsində «192 - 198» rəqəmləri «192, 193, 194 - 198» rəqəmləri ilə əvəz edilsin.
4. Aşağıdakı redaksiyada 193-1-ci maddə əlavə edilsin:

«Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma
193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinə və ya digər əmlaka qanuni status vermək, onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitləri və ya əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarını və ya digər əqdləri həyata keçirmə -
şərti maliyyə vahidinin iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 193-1.2. Eyni əməllər:

193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
193-1.2.2. təkrar törədildikdə;
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı
müsadirə olunmaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193-1.3. Bu məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

193-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
193-1.3.2. külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində «külli miqdar» dedikdə, şərti maliyyə vahidi məbləğinin qırx beş min mislindən artıq olan məbləğ başa düşülür.».

5. 241-ci maddə çıxarılsın.
6. Otuz üçüncü fəslin adı aşağıdakı redaksiyada verilsin:

«Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər».

7. 308.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda -
şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.».
8. 308.2-ci maddənin sanksiyasında «üç ildən yeddi ilədək» sözləri «, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək» sözləri ilə əvəz edilsin.
9. 308-ci maddənin «Qeyd» hissəsində:

9.1. 1-ci bənddə:
«yerinə yetirən şəxslər» sözlərindən sonra «, beynəlxalq təşkilatların nümayəndələri, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında»
Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.»;
9.2. 2-ci bənddən «digər» sözü çıxarılsın.

10. 309.1, 310 və 314.1-ci maddələrdə «vətəndaşların və ya təşkilatların» sözləri «fiziki və ya hüquqi şəxslərin» sözləri ilə əvəz edilsin.
11. 309.1-ci maddənin sanksiyasında «və ya edilməməklə» sözləri «, əmlakı müsadirə olunmaqla» sözləri ilə əvəz edilsin.
12. 309.2-ci maddənin sanksiyasında «edilməklə» sözündən sonra «, əmlakı müsadirə olunmaqla» sözləri əlavə edilsin.
13. 311-ci maddənin adı və 311.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 311. Rüşvət alma ( passiv rüşvətxorluq)

311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.».
14. 311.2-ci maddənin sanksiyasında «edilməklə» sözündən sonra «, əmlakı müsadirə olunmaqla» sözləri əlavə edilsin.
15. 311.3-cü maddənin sanksiyasında «yeddi» sözü «səkkiz» sözü ilə əvəz edilsin.
16. 311-ci maddənin «Qeyd» hissəsi aşağıdakı redaksiyada verilsin:

«Qeyd: Bu məcəllənin 311.3.3-cü maddəsində «külli miqdar» dedikdə, şərti maliyyə vahidi məbləğinin beş min mislindən artıq olan məbləğ başa
düşülür.».

17. 312-ci maddənin adı və 312.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 312. Rüşvət vermə (aktiv rüşvətxorluq)
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt verilməsi -
şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.».
18. 312.2-ci maddənin sanksiyasında «və ya olunmamaqla üç» sözləri «dörd» sözü ilə əvəz edilsin.
19. Aşağıdakı məzmunda 312-1-ci maddə əlavə edilsin:

«Maddə 312-1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)
312-1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması -
şərti maliyyə vahidinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
312-1.2. Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin verilməsi -
şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.».
20. 313-cü maddənin sanksiyasında «və ya iki yüz qırx saatadək ictimai işlər» sözləri çıxarılsın, «və ya edilməməklə» sözləri «, əmlakı müsadirə olunmaqla» sözləri ilə əvəz edilsin.
21. 314-1-ci, 314-2.1-ci və 314-2.2-ci maddələrin sanksiyalarında «və ya edilməməklə» sözləri çıxarılsın.
III. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II
kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276;
2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə
278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli,
32-IIIQD nömrəli qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 3) 215.3.1-ci maddəsində «191,»
rəqəmindən sonra «193-1,» rəqəmi əlavə edilsin.
IV. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 7 aprel 2006-cı il
№ 92-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 may 2006-cı il, № 104)