| Press-relizlər | Kriminal xronika | Məlumatlar |
| Yardımlı rayonunun Zevin kənd sakinləri Rasim Talıbovu və onun qardaşı oğlu Rahil Əliyevi qətlə yetirmiş şəxslər barəsində əməliyyat-axtarış tədbirləri aparılır | |
| 04 sentyabr 2010 Sentyabrın 4-də saat 01.05 radələrində Yardımlı rayonunun Zevin kəndində, kənd sakinləri Şəmsəddin Eyniyev və qardaşı Niyaməddin münaqişə zəminində həmkəndliləri Rasim Talıbovu və onun qardaşı oğlu Rahil Əliyevi bıçaqla qətlə yetirmişlər. Yardımlı RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. | |
| Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi | |
| 04 sentyabr 2010 Sentyabrın 4-nə keçən gecə Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Rizvan Abbasovun idarə etdiyi "Toyota" markalı və Salyan rayon sakini Namus Huseynovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Abbasov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, arvadı Şəlalə isə xəstəxanaya yerləşdirilmişdir. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır. | |
| Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır | |
| 03 sentyabr 2010 Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmışdır ki, onların da 17-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.
| |
| Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əsgər Əliyev və Hacıbəy Ağabəyov tutulmuşlar | |
| 03 sentyabr 2010 Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Ələkbər Allahverdiyevi tapança ilə hədələyib, döyərək pul verməsini tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əsgər Əliyev və Hacıbəy Ağabəyov tutulmuşlar. | |
| Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Natiq Ağayev tutulmuşdur | |
| 03 sentyabr 2010 Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də 22 №-li xətt avtobusunda Xaçmaz rayon sakini Yavər Ağayevin cibindən 273 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Natiq Ağayev tutulmuşdur. | |
| Sumqayıt şəhər sakini Seymur Əliyevdən 1 ədəd xaricdə istehsal olunmuş qaz tapançası və ona aid 13 ədəd güllə aşkar edilərək götürülmüşdür | |
| 03 sentyabr 2010 Sumqayıt şəhəri ərazisində, şəhər sakini Seymur Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən yol-hərəkəti qaydalarını pozduğuna görə Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomaşına baxış keçirilən zaman oradan 1 ədəd xaricdə istehsal olunmuş qaz tapançası və ona aid 13 ədəd güllə aşkar edilərək götürülmüşdür. | |
| Axtarışda olan Gürcüstan vətəndaşları Yaşar Xəlilov və Məmmədcan Xəlilov tutulmuşlar | |
| 03 sentyabr 2010 DİN Baş Cinayət-Axtarış İdarəsi və Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi (quldurluq) ilə axtarışda olanlar, Gürcüstan vətəndaşları Yaşar Xəlilov və Məmmədcan Xəlilov tutulmuşlar. | |