DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

09.06.2016


Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə səyyar xidmətlərin keçirilməsi davam etdirilir.

Növbəti belə tədbirlər respublikanın Gəncə və Sumqayıt şəhərlərində, eləcə də Qazax, Samux, İsmayıllı və Xızı rayonlarında baş tutub.
Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda 463 vətəndaşa yeni şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.  Bu zaman qaçqınların və məcburi köçkünlərin vəsiqə ilə sənədləşdirilməsinə xüsusi diqqət yetirilib.

Belə ki, Qubadlı Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən Əliquluuşağı kənd tam orta məktəbində qubadlılar üçün, eləcə də Samux Rayon Polis Şöbəsinin müvafiq xidmətinin əməkdaşları tərəfindən Kolayır kəndində yerləşən orta məktəbdə kəlbəcərlilər üçün səyyar xidmətlər keçirilib.

Gəncədə şəhər və şəhərətrafı qəsəbələrdə keçirilmiş səyyar xidmətlər zamanı ümumilikdə 102 vətəndaş, Qazax rayonunun Talıblar və Çaylı kəndlərində ümumilikdə 165 nəfər, İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də Xızı rayonunda keçirilmiş səyyar xidmətlər zamanı ümumilikdə 196 vətəndaş yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.