DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

23.05.2016


Mayın 23-də  Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq insan alveri və qanunsuz miqrasiyanın mahiyyətinə dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün seminar təşkil edilmişdir.

Paytaxtdakı “Hyatt Regency Baku” otelində keçirilən tədbirdə Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Mətbuat Şurasının mütəxəssisləri və nümayəndələri iştirak etmişlər.

Seminar insan alveri, məcburi əmək, ictimai mənəviyyat əleyhinə olan cinayətlərin, qanunsuz miqrasiya, ailə münaqişəsi hallarının bir-birindən fərqləndirilməsi, o cümlədən onların müxtəlif təzahür formaları, belə məlumatların mətbuatda işıqlandırılması və araşdırılması xüsusiyyətlərinə, bununla bağlı konfidensiallıq məsələlərinə həsr olunub.