
Görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunmuş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.
Jurnalistlərə müsahibə verən daxili işlər naziri, general-polkovnik Ramil Usubov göstərdiyi xüsusi diqqət və qayğıya, eləcə də bir qrup əməkdaşı dövlət təltiflərinə və ali xüsusi rütbələrə layiq gördüyünə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə şəxsi heyət adından dərin minnətdarlığını
bildirmişdir.