DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaşların nəzərinə

06.10.2016

 
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov tərəfindən 28-29 oktyabr 2016-cı il tarixlərdə Gəncə şəhərində - bölgə üzrə Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayon sakinlərinin Gəncə şəhər Baş Polis İdarəsində qəbulu keçiriləcəkdir.
 
Qəbulla bağlı kütləvi informasiya vasitələrində ətraflı məlumat verilmişdir.
 
28 oktyabr saat 17:00-da Gəncə şəhər sakinləri, 29 oktyabr saat 10:00-da Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən rayon sakinləri qəbula dəvət olunurlar.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.