DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

07.09.2016

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov  MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rəsmi səfərdə olmuşdur. 
Tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılmışdır. 
Daxili işlər nazirləri Şurasının iclasında həmçinin avtonəqliyyat vasitələrinin oğurlanmasına, narkotik vasitələrin yeni təhlükəli növlərinin dövriyyəsinə qarşı mübarizə, iştirakçı dövlətlərin ərazisində yaşayan vətəndaşların terrorçu və ekstremist yönümlü təşkilatlara cəlb edilməsinin qarşısının alınması, kütləvi idman tədbirləri zamanı hüquqazidd hərəkətlərin aradan qaldırılması üzrə informasiya mübadiləsinin təkmilləşdirilməsi, habelə MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərə əlavə və dəyişikliklərin edilməsi  və qarşılıqlı maraq doğuran digər aktual məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.