Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
| Fərqlənən əməkdaşlar mükafatlandırıldı |
|
| 02 iyul 2009 Azərbaycan Polisinin yaradılmasının 91-ci illiyi ərəfəsində-iyulun 1-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-də bu əlamətdar hadisə ilə bağlı bir qrup polis əməkdaşını qəbul etmişdir. |
| Gənc zabitlər xalqa, dövlətə sədaqətlə xidmət edəcəklər |
|
| 02 iyul 2009 İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2008-2009-cu tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Kollegiya üzvlərinin, Baş İdarə, İdarə və xidmət rəislərinin, yerli icra, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir. |
| Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən |
|
| 27 iyun 2009 Quba rayon sakinləri olan iş adamları Bəxtiyar Məmmədov, Rüfət Qurbanov, Zəfa Məsimov, İsgəndər Hüseynov və Rövşən Babayev bir qrup jurnalistin onlara hədə-qorxu gələrək pul tələb etmələri barədə şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişlər.
|
| Dələduz “polis”lər ifşa olundu |
|
| 24 iyun 2009 Paytaxtın Səbail rayonunun müxtəlif ərazilərində vətəndaşlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onları polis bölmələrinə aparacaqları ilə hədələyərək pullarını alan cinayətkar dəstə ifşa edilmişdir. |
| Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətlərindən |
|
| 20 iyun 2009 Cari il aprelin 30-da Dövlət Neft Akademiyasında insanların xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər davam etdirilmişdir. |